İdman

25 Fevral

Olimpiadanın keçiriləcəyi ölkədə futbol matçları ləğv edildi

Yaponiyanın əsas futbol çempionatının rəhbərliyi fevralın 26-na planlaşdırılan 7 matçın ləğv edilməsinə qərar verib.

Fins.az xəbər verir ki, səbəb kimi koronavirus epidemiyası göstərilib. Hazırda J1 Liqasısının rəhbərliyi martın ortalarına qədər bütün futbol matçlarının ləğvi imkanını nəzərdən keçirir.

Qeyd edək ki, Yaponiyada 850-dən çox insan koronavirusa yoluxub. 4 nəfər isə dünyasını dəyişib. 24 iyul - 9 avqustda Yaponiyanın paytaxtı Tokioda XXXII Yay Olimpiya Oyunları keçiriləcək.