Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) dünyanın müxtəlif futbol çempionatlarında göstərilmiş vərəqələrlə bağlı araşdırma aparıb.
Fins.az xəbər verir ki, araşdırmalar 92 ölkənin yüksək liqasında 2019-cu ili və 2019/2020 mövsümünün 17 fevralınadək olan bölümünü əhatə edib. Bu, həmin ölkələrdə mövsümün hansı müddəti əhatə etməsindən asılı olub.
Azərbaycan Premyer Liqası vərəqələrin çoxluğuna görə 12-ci sırada qərarlaşıb. Ölkə çempionatında ortalama hər oyuna 5.79 vərəqə düşüb. Vərəqələrdən 5,47-si sarı, 0,32-si isə qırmızıdır.