İDMAN

21 Fevral

Tiaqo Silva Milan-a qayıda bilər

PSG-nin müdafiəçisi Tiaqo Silva Milan-a qayıda bilər.

Fins.az xəbər verir ki, İtaliya mətbuatına açıqlama verən braziliyalı futbolçunun meneceri Paulo Toneitto müştərisinin mövsümün sonunda İtaliyaya qayıda biləcəyini istisna etməyib:

“İndiyə qədər PSG ilə yeni müqavilə haqda danışmamşıq. Tiaqo karyerasını Parisdə davam etdirmək istəyir, ancaq digər variantları da nəzərdən keçirəcək. Milan isə onun üçün hər zaman xüsusi yer olub. PSG ilə yeni müqavilə imzalamazsaq, hər şey ola bilər”.

2012-ci ildən PSG-nin şərəfini qoruyan Silvanın müqaviləsi yaya qədərdir. 35 yaşlı futbolçu cari mövsümdə 26 oyunda iştirak edib.