İDMAN

20 Fevral

"Barselona" yeni hücumçu aldı - RƏSMİ

"Barselona" klubu "Leqanes"dən heyətinə qatdığı Martin Breytvaytın transferini açıqlayıb.

Fins.az xəbər verir ki, 29 yaşlı futbolçu ilə 4,5 illik müqavilə imzalanıb. Klub danimarkalı hücumçuya 300 milyon avro təzminat qiyməti qoyub.

Qeyd edək ki, bu mövsüm "Leqanes" klubunun heyətində 24 oyunda meydana çıxan Braytvayt 6 qol vurub.