İDMAN

20 Fevral

Azərbaycan millisi FIFA reytinqində mövqeyini qorudu

FIFA 2020-ci ildə milli komandaların ilk reytinq siyahısını açıqlayıb.

Fins.az-ın məlumatına görə, əvvəlki mövqeyini qoruyan Azərbaycan yığması 1177 xalla 114-cü pillədə qərarlaşıb. 

Reytinqin ilk "3-lüy"ü dəyişməz qalıb. Belçika 1765 xalla birinci, Fransa 1733 xalla ikinci, Braziliya isə 1712 xalla üçüncü sıradadır. 

Türkiyə millisinin da mövqeyində dəyişiklik baş verməyib. Şenol Güneşin baş məşqçi olduğu kollektiv hazırda 1494 xalla 29-cudur.