İDMAN

19 Fevral

Çempionlar Liqasının 1/8 final mərhələsi davam edir

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Fins.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.

Berqamo təmsilçisi Atalanta Milan şəhərinin San Siro stadionunda Valencia-nı qəbul edəcək.

Tottenham isə doğma meydanında Bundesliqada ikinci pillədə qərarlaşan Leipzig-i qonaq edəcək.

Qeyd edək ki, hər iki matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

©Goal.az