İDMAN

18 Fevral

Dünyanın ən bahalı müdafiəçisinin qolu Mançester Yunayted\'ə qələbə gətirdi

İngiltərə Premyer-liqasının 26-cı turu çərçivəsində “Mançester Yunayted” səfərdə “Çelsi” ilə görşüb.

“Lenta.ru” xəbər verir ki, “Stemford Bridc” meydanında keçirilən oyun qonaqların 0:2 hesablı qələbəsi ilə bitib.

Birinci taymın sonunda Antoni Marsial öz qolu ilə “qırmızı şeytanları” önə çıxarıb.

66-cı dəqiqədə müdafiəçi Harri Maquayer oyunda son nöqtəni qoyub.

Qeyd etmək lazımdır ki, “mankunianlar” ötən ilin yayında Maquayeri “Lester”dən 96,2 milyon avroya alıblar.

Bu futbol tarixində ən bahalı müdafiəçi transferi hesab olunur.