İtaliya Futbol Federasiyası videotəkrar (VAR) sistemi ilə bağlı dəyişikliyə hazırlaşır.
Fins.az-ın Report-a istinadən verdiyi məlumata görə, federasiya çoxsaylı müraciətləri nəzərə alaraq, sistemin daha da təkmilləşdirilməsini istəyir.
Gələcəkdə A Seriyası təmsilçilərinə hər hansı mübahisəli epizod zamanı videotəkrarın yenidən araşdırılmasını tələb etmək icazəsi verilə bilər. Ancaq bu imkandan oyun ərzində yalnız bir dəfə yararlanmaq mümkün olacaq.
Federasiya rəhbərliyi ümid edir ki, bu dəyişiklik meydandakı komandalar arasında hər hansı mübahisəli məqamla bağlı fikir ayrılıqlarını həll edə və çempionatın imicini yaxşılaşdıra bilər.
Qurumun artıq bu dəyişikliyi sınaqdan keçirmək üçün FİFA-dan qeyri-rəsmi icazə aldığı qeyd olunur.