Badminton üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Fransanın Lyeven şəhərində keçirilən Avropa çempionatında çıxışını başa vurub.
Fins.az-ın məlumatına görə, 5-ci qrupda yer alan yığma son turda Çexiya ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan millisinin 0:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, komanda qrup mərhələsində İslandiyaya 2:3, Almaniyaya isə 0:5 hesabı ilə uduzub.
© Report