"Dijon" komandası Fransa Kubokunun 1/4 final matçında PSJ-ni qəbul edib.
Fins.az-ın məlumatına görə, görüş Dijonda "Qaston Jerar" stadionunda baş tutub və qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:1.
Hesab artıq 1-ci dəqiqədə açılıb. “Dijon"un müdafiəçisi Uesli Lautoa avtoqol müəllifi olub. Bundan 12 dəqiqə sonra meydan sahiblərinin hücumçusu Munir Şuyar hesabı bərabərləşdirib. 44-cü dəqiqədə Kilian Mbappe PSJ-ni yenidən hesabda irəli çıxarıb.
50-ci dəqiqədə müdafiəçi Tyaqo Silva qonaqların növbəti qoluna imza atıb.
Bundan 5 dəqiqə sonra yarımmüdafiəçi Pablo Sarabiya Paris komandasının azarkeşlərini növbəti dəfə sevindirib. Qarşılaşmanın 86-cı dəqiqəsində "Dijon"un müdafiəçisi Senu Kulibali ikinci avtoqola imza atıb. Oyuna əlavə edilmiş vaxtda Sarabiya dubl edib.
Beləliklə, PSJ Fransa kubokunun 1/2 finalına çıxıb, “Dijon" isə yarışdakı çıxışını başa vurub.