Fins.az-ın məlumatına görə, belçikalı futbolçu kollektivlə birlikdə məşqlərə qoşulub.
29 yaşlı oyunçu artıq yaşıl meydanlara dönüşünü qeyd etməyə hazırlaşır. Onun İspaniya La Liqasının 24-cü turu çərçivəsində fevralın 16-da Selta-ya qarşı keçiriləcək ev matçında iştirak ərizəsinə salınması gözlənilir.
Qeyd edək ki, Eden Azar noyabrın 26-da Çempionlar Liqasının qrup mərhələsində PSJ ilə keçirilən (2:2) görüşdə zədələnmişdi.
© Goal.az