İtaliyalı azarkeşlər “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldunun 20 metr hündürlüyündə heykəlini yaradıblar.
Fins.az xəbər verir ki, papye-maşedən düzəldilən heykələ “Büt” adı veriblər.
Qeyd etmək lazımdır ki, bu heykəl İtaliyada keçiriləcək karnavalda istifadə ediləcək.
Bu portuqaliyalının ilk heykəli deyil.
2017-ci ildə Ronaldunun doğulduğu Madeyra adasında futbolçunun büstü qoyulub.