İdman

12 Fevral

Azərbaycanda işləmiş mütəxəssis Superliqa klubunun baş məşqçisi oldu

Türkiyənin "Konyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Fins.az Superliqa təmsilçisinin rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, komanda Bülent Korkmaza tapşırılıb. 51 yaşlı mütəxəssis bu vəzifədə bir müddət öncə istefaya göndərilən Aykut Kocamanı əvəzləyib. Onunla 1,5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, son olaraq "Antalyaspor"a rəhbərlik edən Bülent Korkmaz 2009-2010 mövsümündə Azərbaycanda "Bakı" klubunun baş məşqçisi olub.