AFFA İntizam Komitəsi I Divizionda çıxış edən "Qaradağ Lökbatan" klubunu cərimələyib.
Fins.az-ın PFL-in saytına istinadən verdiyi xəbərə görə, buna XIV turun "Sumqayıt-2" klubu ilə oyununda Lökbatan təmsilçisinin futbolçusu Cavidan Qasımlının yol verdiyi yanlışlıq səbəb olub. O, sifariş vərəqəsində qeyd olunmuş nömrəsindən fərqli nömrəli formada meydana çıxdığı üçün klubunu 80 manat ziyana salıb.
Bundan başqa, həmin matçda "Sumqayıt-2" klubunun futbolçusu Tahir Zeynalov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub isə 20 manat cərimə ödəyəcək.