İDMAN

11 Fevral

\"O, həddini aşıb! Həbib döyüşsə, xeyli pul alacaq\"

UFC çempionu Həbib Nurməhəmmədovun komandasından Konor Makreqorla revanş döyüşü barədə növbəti açıqlama gəlib.

Fins.az xəbər verir ki, bu dəfə məsələyə Həbibin meneceri Əli Abdel-Əziz münasibət bildirib. Onun fikrincə, Makreqorla döyüş yeri ancaq küçə ola bilər:

“Bu döyüş ancaq və ancaq küçədə keçirilə bilər. Makreqor heyrətamiz nəsə etməlidir. O. ən böyük ulduzlardan və ən böyük araqarışdıranlardan biridir. O adam bizim xoşumuza gəlmir.

Onunla hər dəfə qarşılaşanda problem yaranacaq. O, ailə, inanclar haqda danışıb. O, həddini aşıb. Həbibə qarşı belə etmək olmaz. Həbib onunla döyüşsə, xeyli pul alacaq. Ancaq o, hər şeyi pulla ölçmür”.