İDMAN

11 Fevral

Barselona-nın əsas transfer hədəfi Villian Jozedi

Barselona Real Sosyedad-ın hücumçusu Villian Jozeni transfer etməyə çalışır.

Marca-nın xəbərinə görə, Barselona-nın prioritet hədəfi Jozedi.

Katalon klubu Usman Dembelenin Finlandiyadan qayıtmasını göstəyir. Daha sonra fransızın 5 ay yaşıl meydanlardan uzaq qalacağı rəsmən açıqlanacaq. Ardınca İspaniya Futbol Federasiyasının Barsa-ya transfer icazəsi verəcəyi gözlənilir.

Jozenin sərbəstqalma məbləği 70 milyon avro təşkil edir. Barselona transfer qiymətinin azaldılması üçün Real Sosyedad-la danışıqlar aparır. "Blauqrana" həftənin sonuna kimi keçidi rəsmiləşdirmək niyyətindədi.

Alternativlər sırasında Lukas Peres (Alaves), Luis Suares Çarris (Saraqosa) və Loren Moronun (Betis) adları var.

(Sport7.az)