İDMAN

11 Fevral

Qvardiola \"Yuventus\"un baş məşqçisi ola bilər

"Yuventus" futbol klubu "Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanı komandanın baş məşqçisi vəzifəsinə cəlb etmək istəyir.

Məlumata görə, Turin klubunun prezidenti Andrea Anyelli hesab edir ki, Qvardiola komandanı Çempionlar Liqasında çoxdan gözlənilən qələbəyə apara bilər. Bu halda əgər mütəxəssis İtaliyaya köçmək istəsə, o "Yuventus”a öz şərtlərini diktə edə biləcək.

Daha əvvəl bildirilirdi ki, Turin klubunun rəhbərliyi komandanın son nəticələri ilə əlaqədar Maurisio Sarrini istefaya göndərə bilər. Komanda yarış cədvəlində çempionluq uğrunda "Yuventus”a qarşı mübarizədə iki rəqibin olmasından narazıdır.

Qvardiolanın "şəhərlilər"lə müqaviləsi 2021-ci ilin iyununa qədər nəzərdə tutulub. Onun illik maaşı 23,5 milyon avrodur.

"Yuventus" İtaliya çempionatının yarış cədvəlində ikinci yerdə qərarlaşıb. Komanda 23 turda 54 xal toplayıb.