İdman

11 Fevral

Azərbaycanın digər 5 yunan-Roma güləşçisi Avropa çempionatında mübarizəyə başlayır

Bu gün Azərbaycanın digər 5 yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında mübarizəyə başlayacaq.

Fins.az məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan Murad Bazarov təsnifat mərhələsində Yakopo Sandron (İtaliya) ilə üz-üzə gələcək. İslambek Dadov (67 kq) isə eyni raundda Kristian İştvan Vançanı (Macarıstan) sınağa çəkəcək.

72 kq-dakı Ülvi Qənizadə 1/8 finalda Stoyan Stoyçev Kubatovla (Bolqarıstan), Rafiq Hüseynov (82 kq) isə eyni mərhələdə Tirone Sterkenburqla (Hollandiya) güləşəcək. Orxan Nuriyev (97 kq) isə təsnifat mərhələsində Tadeuş Mixaliklə (Polşa) qarşılaşacaq.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulub. Onlardan Sənan Süleymannov finala yüksəlib. 77 kq çəki dərəcəsindəki idmançı qızıl medal uğrunda Zoltan Levai (Macarıstan) ilə üz-üzə gələcək. 55 kq-da Eldəniz Əzizli və 87 kq-dakı İslam Abbasov bürünc medal uğrunda görüşə çıxacaqlar. Onların rəqibləri təsəlliverici görüşlərdən sonra bəlli olacaq. Sabah Şəriəti (130 kq), və Taleh Məmmədov (63 kq) isə təsəlliverici qarşılaşmalara qatılacaqlar.