İspaniya La Liqasında 23-cü turun oyunları keçirilir.
Fins.az xəbər verir ki, “Real” səfərdə “Osasuna”ya 4:1 hesabı ilə qalib gəlib.
“Barselona” isə “Betis” üzərində 3:2 hesablı qalibiyyətə səvinib.
Maraqlıdır ki, hər iki klub geridönüş edərək qalib gəlib.
La Liqada turnir cədvəlinə 52 xalla “Real” başçılıq edir. 28 xalı olan “Osasuna” 13-cüdür.
“Osasuna” – “Real” - 1:4
Qollar: Unai Qarsiya, 14 - İsko, 33, Serxio Ramos, 38, Lukas Vaskes, 84, Luka Yoviç, 90+2
“Betis” – “Barselona” 2:3
Qol: Kanales, 6-pen. Fekir, 26 – De Yonq, 9. Buskets, 45+3. Lanqle, 72.