İDMAN

10 Fevral

Manchester United-in yeni transferində koronavirus təhlükəsi

Manchester United-in yeni transferi Odion İqalo “qırmızı şeytanlar”ın İspaniyadakı toplanışına aparılmayıb.

Fins.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşer klubun rəsmi saytına açıqlamasında deyib. İqalo koronavirus səbəbindən İspaniyaya aparılmayıb.

Sulşer, son olaraq Çində çıxış edən İqalonun koronavirus səbəbi ilə İngiltərədən çıxacağı halda, təkrar geri qayıdacağı zaman problem yarana biləcəyini deyib.

Qeyd edək ki, Manchester United İqalonu mövsümün sonuna qədər icarəyə götürüb.