İDMAN

10 Fevral

Remzi Juventus-dan ayrıla bilər

Keçən ilin yayında Arsenal-dan Juventus-a keçən Aron Remzi yayda komandanı tərk edə bilər.

Fins.az xəbər verir ki, “qoca sinyora”nın heyətində kifayət qədər şans qazanmayan 29 yaşlı futbolçu, klubunu dəyişmək fikrindədir. Komandanın baş məşqçisi Mauritsio Sarri də futbolçunun sabit çıxış etməməsindən narazıdır. Remzinin cari mövsümün sonunda müəyyən təzminat məbləği qarşılığında Turin təmsilçisindən ayrılacağı gözlənilir.

Qeyd edək ki, cari mövsümdə Juventus-un heyətində bütün turnirlər nəzərə alınmaqla 18 oyunda iştirak edən uelsli futbolçu, bu qarşılaşmalarda iki qolla yadda qalıb.