İDMAN

10 Fevral

Smollinqin qiyməti açıqlandı

Manchester United karyerasını icarə əsasında Roma-da davam etdirən futbolçusu Kris Smollinqin transfer qiymətini müəyyənləşdirib.

Fins.az xəbər verir ki, Roma icarə müqaviləsi cari mövsümün sonunda bitəcək müdafiəçini birdəfəlik transfer etmək niyyətindədir.

İtaliya klubunun 30 yaşlı futbolçunun transferi üçün 14 milyon avro ayırdığı bildirilir. Amma Manchester United Smollinq üçün 20 milyon avro təzminat məbləği tələb edir.

“Qırmızı şeytanlar”la müqaviləsi 2022-ci ilin iyulunadək nəzərdə tutulan ingiltərəli futbolçu, cari mövsümdə Roma-nın heyətində iştirak etdiyi 23 oyunda 2 qolla yadda qalıb.