İDMAN

10 Fevral

Türkiyə klublarına lazım olmasa, Azərbaycana gələcək

Azərbaycan millisinin sabiq futbolçusu Dəniz Yılmaz karyerasını ölkəmizdə davam etdirə bilər. 

Fins.az-ın məlumatına görə, hazırda klubsuz olan 31 yaşlı forvard Bakı klublarından təklif alıb. 

Lakin Yılmaz hələlik qərar verməyə tələsmir. Türkiyə klubları ilə razılıq əldə olunmasa, futbolçu Azərbaycanda peyda ola bilər. O, artıq menecerlərini də bu barədə məlumatlandırıb. 

© Azxəbərsport