Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək.
Fins.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Açılış matçında "Sabah" "Qəbələ"ni qəbul edəcək. Hər iki komanda hazırda 13 xala malikdir və 6-7ci yerləri bölüşdürürlər. Birinci dövrədə əyalət təmsilçisi 1:0, ikinci dövrədə isə "Sabah 2:1 hesablı qələbə qazanıb.
Komandalar arasında Premyer Liqada keçirilmiş 6 oyunun 2-də meydan sahibləri, 3-də isə qonaqlar 3 xal əldə edib. Topların fərqində də "Qəbələ"nin minimal üstünlüyü var - 5:4.
Günün digər oyununda "Keşlə "Səbail"i qəbul edəcək. 26 xala malik olan meydan sahibləri "Neftçi" ilə birlikdə 2-3-cü yerləri bölüşdürürlər. Çempionatda ardıcıl 11 oyundur ki, qələbə qazana bilməyən "Səbail" 12 xalla sonuncu-8-ci yerdədir.İlk dövrədə "Səbail" 2:1 hesablı qələbə qazanıb, ikinci dövrədəki görüş isə qolsuz bərabərliklə yekunlaşıb. Komandalar Premyer Liqada 10 dəfə qarşılaşıblar. Bunların 5-də "Səbail", 3-də isə "Keşlə" qalib gəlib. Topların fərqində də qonaqlar üstündür - 12:10.
Azərbaycan Premyer Liqası, XVI tur
7 fevral (cümə)
19:00. “Sabah” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena”
21:00.“Keşlə” –“ Səbail”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASK Arena”