Brescia baş məşqçisi Eudgenio Korini ilə yollarını ayırıb.
Fins.az xəbər verir ki, 50 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv olunub.
Korini bu mövsüm ikinci dəfə Brescia-dan göndərilib. İtaliyalı məşqçi ilk olaraq 2019-cu ilin noyabrında işdən çıxarılıb. Daha sonra komanda Fabio Qrossoya tapşırılıb. Dekabr ayında isə Qrosso ilə yollar ayrılıb, komandaya yenidən Eudgenio Korini gətirilib.
Qeyd edək ki, Brescia İtaliya A Seriyasında 22 turdan sonra 15 xalla 19-cu pillədə qərarlaşıb.