“Ağstafa rayonunda Dilbaz Atçılıq Kompleksinin tikintisi yekunlaşıb. Kompleksin yaxın vaxtlarda açılışı nəzərdə tutulub”.
Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Esmira Lətifova deyib.
Onun sözlərinə görə, yeni obyekt ölkədə damazlıq atçılığın inkişaf etdirilməsində, yerli at cinslərinin qorunub saxlanılmasına və beynəlxalq arenaya çıxarılmasına təkan verəcək.
Xatırladaq ki, 2018-ci il noyabrın 5-də Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyində “Qarabağ Atçılıq Təsərrüfatı” MMC fəaliyyətə başlayıb. Hazırda kompleksdə Qarabağ cinsindən olan 200 at saxlanılır.
© Report