İdman

05 Fevral

"Qarabağ"da itki: "Neftçi" ilə matçda iştirak etməyəcək

"Qarabağ"n futbolçusu Rahil Məmmədov Azərbaycan Premyer Liqasında XVI turun "Neftçi" ilə qarşılaşmasında iştirak edə bilməyəcək. 

Bu barədə  25 yaşlı müdafiəçinin özü məlumat verib. Azərbaycan millisinin də formasını geyinən oyunçu Ağdam təmsilçisinin Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının son günlərində zədələndiyini bildirib. 

XV turda "Səbail"i 1:0 hesabı ilə yendikləri görüşü də buraxan Məmmədov hazırda fitness zalında məşq etdiyini söyləyib. O, yaşıl meydanlara nə vaxt qayıdacağına hələ aydınlıq gəlmədiyini əlavə edib. 

Qeyd edək ki, fevralın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 20:00-da başlayacaq. 

© Report