İdman

05 Fevral

“Liverpul” tarixi göstəriciyə imza atıb

İngiltərə kubokunun 1/16 final mərhələsinin təkrar oyununda “Şrusberi” ilə qarşılaşan “Liverpul” tarixinin ən gənc heyəti ilə meydana çıxıb.

Fins.az-ın məlumatına görə, Yurgen Kloppun meydana buraxdığı start heyəti 19 yaş 102 günlüyündə olub.

Bunadək rekord “Aston Villa” ilə cari mövsümün Liqa kuboku görüşündə qeydə alınmışdı. 19 yaş 182 günlük olan komanda 0:5 hesabı ilə uduzub.

Komandanın yarımmüdafiəçisi Kertis Cons da tarixə düşüb. 19 yaş 5 günlüyündə olan futbolçu “Liverpul”un tarixində ən gənc kapitan olub.

Qeyd edək ki, 1:0 hesabı ilə qalib gələn Y.Kloppun yetirmələri 1/8 finalda “Çelsi” ilə görüşüb.