Barcelona-da bir müddət əvvəl komandayla məşqlərə başlayan Osman Dembele yenidən zədələnib.
Fins.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 22 yaşlı hücumçu komandanın son məşqində zədələnib. Dembelenin yenidən bərpa müddəti keçəcəyi bildirilir.
Fransalı futbolçu bu mövsüm La Liqada 5, Çempionlar Liqasında 4 oyunda iştirak edib.