İdman

05 Fevral

Koronavirusun AVRO-2020-yə təsiri olacaqmı?

Çində yayılan koronavirusun yayda baş tutacaq Avropa çempionatına təsiri olmayacaq.

Fins.az-ın məlumatına görə, bunu UEFA-nın nümayəndəsi Andreas Şar deyib.

O bildirib ki, qitənin 12 şəhərində keçiriləcək turnirlə bağlı hər hansı bir dəyişiklik gündəmdə deyil. UEFA-nın direktoru heç bir dəyişikliyin olmayacağını, hər şeyin plana uyğun şəkildə davam edəcəyini söyləyib.

 

Qeyd edək ki, 12 iyun - 12 iyul tarixləri aralığında keçiriləcək AVRO-2020-nin 4 matçı (3 oyun qrupda, 1 oyun 1/4 finalda) Bakı Olimpiya Stadionunda olacaq.