İdman

04 Fevral

AFFA "Neftçi"nin futbolçusunu cəzalandırdı - 4 klubu cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Fins.az AFFA saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 15-ci turunda  baş verənlər müzakirə olunub.

Premyer Liqanın XV turunun "Neftçi" - "Sumqayıt" oyununda meydan sahiblərinin oyunçusu Voislav Stankoviç sonuncu ümid fouluna  görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Premyer Liqanın XV turunun "Neftçi" - "Sumqayıt" oyununda qonaq komandanın azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.

Premyer Liqanın XV turunun "Səbail" - "Qarabağ" oyununda qonaq komandanın 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Premyer Liqanın XV turunun "Qəbələ"  - "Keşlə" oyununda qonaq komandanın 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.