İdman

31 Yanvar

"Real" və "Barselona"nın Kral Kubokunda rəqibləri bilinib

İspaniya Kral Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.

Fins.az-ın  məlumatına görə, bu gün baş tutan püşkatma mərasimindən sonra cütlüklər müəyyənləşib.

Turnirdə yoluna davam edən favoritlərdən "Real" "Real Sosyedad"a, "Barselona" isə "Atletik"ə rəqib olub. "Kral klubu" bu mərhələnin matçını evdə, kataloniyalılar səfərdə keçirəcəklər.

Digər iki cütdə "Valensiya" "Qranada"nın, "Mirandes" isə "Vilyarreal"ın qonağı olacaq.

İspaniya Kral Kubokunda 1/4 final mərhələsinin oyunları 4-6 mart aralığında keçiriləcək.