İdman

31 Yanvar

Məhəmməd Salahı Tokio-2020-yə aparırlar

"Liverpul"un hücumçusu Məhəmməd Salah Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edə bilər.

Fins.az-ın məlumatına görə, bunu Misirin U-23 yığmasnın baş məşqçisi Şavki Qarib deyib.

Çalışdırıcı Olimpiadaya aparmaq istədiyi oyunçuları sırasında Salahın da olduğunu söyləyib: "50 futbolçudan ibarət ilkin siyahını göndərməliyik. Şübhəsiz ki, Məhəmməd Salah siyahıda birinci olacaq".

 

Ulduz futbolçu Tokio-2020-də iştiraka razılıq versə, "Liverpul"un yay təlim-məşq toplanışını və gələn mövsümün ilk turlarını buraxacaq.

Qeyd edək ki, Olimpiadada futbol yarışları 22 iyul - 8 avqust aralığında baş tutacaq.