İngiltərənin "Tottenhem" klubunun futbolçusu Kristian Eriksen İtaliya "İnter"inə keçidi rəsmiləşib.
Fins.az-ın məlumatına görə, bu barədə xəbəri İtaliya klubunun rəsmi saytı yayıb.
27 yaşlı yarımmüdafiəçi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb. Lakin müqavilənin maliyyə detalları haqda məlumat verilməyib. İtaliya mətbuatı isə Milan təmsilçisinin bu transfer üçün ingilis klubuna 20 milyon avro ödəyəcəyini yazıb.
Qeyd edək ki, 2013-cü ildən "Tottenhem"də çıxış edən Danimarka millisinin üzvü keçirdiyi 226 oyunda 51 qol vurub.