İdman

28 Yanvar

"Roma" braziliyalı futbolçunu icarəyə götürüb

"Atalanta" futbol klubunun müdafiəçisi Rojer İbanes icarə əsasında "Roma"ya keçib.

Fins.az-ın məlumatına görə, bu barədə Roma klubunun rəsmi saytı bildirib.

Qeyd edilir ki, 21 yaşlı braziliyalı futbolçunun icarə razılaşması 30 iyun 2021-ci ilə qədər qüvvədə olacaq. Razılaşmaya əsasən klub müəyyən idman nailiyyəti əldə etdikdə oyunçuya məcburi ödəniş etməlidir. İndiki halda romalılar İbanesin transferi üçün 8 milyon avro, bonus kimi 2 milyon avro ödəməlidirlər.

İbanes cari mövsümündə "Atalanta"nın heyətində 1 matçda iştirak edib.