İdman

19 Yanvar

UFC rəhbəri anons etdi: Konorun növbəti rəqibi Həbib olacaq

UFC-nin rəhbəri Deyn Uayt əmindir ki, Konor Makqreqorun növbəti rəqibi rusiyalı Həbib Nurməhəmmədov olmalıdır. Bu barədə o, UFC 246 turnirindən sonra keçirilən mətbuat konfransında danışıb.

Uayt çıxışında Makqreqor-Nurməhəmmədov cütlüyünün qarşılaşmasını Məhəmməd Əli və Corc Forman arasındakı rəqabətlə müqayisə edib. O deyib ki, bu, təşkil etməyə dəyəcək bir döyüş olacaq.

Qeyd edək ki, Deyn Uayt bundan əvvəl də Makqreqorla Həbib arasında revanş döyüşün təşkilini istisna etmirdi. O, bunun üçün Konorun qarşısında “Kovboy”u məğlub etmək şərti qoymuşdu.

Xatırladaq ki, Həbiblə Makqreqor arasında ilk döyüş 2018-ci ilin oktyabrında baş tutmuşdu. Həmin vaxt Həbib rəqibinə qalib gələrək, UFC-nin yüngül çəkidə çempionu adını qazanmışdı.