İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Ule Qunnar Sulşer Premyer Liqanın 23-cü turunda qarşılaşacaqları "Liverpul"la oyunöncəsi keçirilən mətbuat konfransında komandanın yeni kapitanının adını açıqlayıb.
Fins.az xəbər verir ki, 46 yaşlı mütəxəssis kapitanlıq sarğısının artıq komandanın müdafiəçisi Harri Maquayra həvalə olunduğunu bildirib.
Daha öncə kapitanlıq sarğısı komandanın digər müdafiəçisi Eşli Yanqa məxsus idi. Lakin artıq onun İtaliya "İnter"inə keçidi gözlənildiyi üçün kapitanlıq statusu Yanqın əlindən alınıb.
Qeyd edək ki, "Liverpul" - "Mançester Yunayted" oyunu yanvarın 19-da keçiriləcək.