İdman

17 Yanvar

"Barselona"nın baş məşqçisi futbolçunun komandadan ayrılmasını istəməyib

İspaniyanın "Barselona" klubunun yeni baş məşqçisi Kike Setyen komandanın futbolçusu Arturo Vidalın gələcək taleyinə aydınlıq gətirib.

Fins.az-ın verdiyi məlumata görə, 61 yaşlı mütəxəssis çilili yarımmüdafiəçini komandada saxlamaq qərarı verib.

O, 32 yaşlı futbolçunun digər klublara mümkün transferini əngəlləyib. Bu isə o deməkdir ki, Vidal ən azı mövsümün sonuna qədər "Barselona"da qalacaq.

Qeyd edək ki, Çili millisinin üzvü 2018-ci ildə Almaniyanın "Bavariya" klubundan "Barselona"ya transfer olunub.