Azərbaycan Premyer Liqasında çıxış edən klubların 2018-ci maliyyə ili üzrə futbolçulara ödədiyi maaşın həcmi bəlli olub.
Fins.az-ın məlumatına görə, bu barədə UEFA-nın lisenziyalı klublar haqqında müqayisəli hesabatında bildirilib.
Çempionatdakı 8 komanda oyunçularına toplamda 17 milyon avro əməkhaqqı ödəyib.
Orta hesabla hər klub oyunçulara 2.1 milyon avro maaş verib.
Qeyd edək ki, ölkə çempionatı bu göstəriciyə görə Avropada 30-cudur. İlk pillədə 3 milyard 235 milyon avro maaş ilə İngiltərə Premyer Liqası qərarlaşıb.
İspaniya La Liqasındakı klublar oyunçulara 2 milyard 20 milyon avro, Almaniya Bundesliqa təmsilçiləri isə ümumilikdə 1 milyard 664 milyon avro maaş veriblər.