İspaniyanın "Barselona" klubunun sabiq baş məşqçisi Ernesto Valverde qovulmasına görə Kataloniya təmsilçisindən alacağı təzminatın hamısını götürməyəcək.
Fins.az-ın verdiyi məlumata görə, ispaniyalı mütəxəssisin klub rəhbərliyi ilə münasibətləri korlamamaq naminə belə addım atdığı bildirilir.
Valverde ilə rəhbərlik arasında baş tutan görüş zamanı təzminatın hamısının ona veriləcəyi ilə bağlı razılıq əldə olunub. Lakin 55 yaşlı mütəxəssis rəhbərliklə münasibətləri yaxşı səviyyədə saxlamaq üçün təzminatın hamısının deyil, bir qismini götürəcəyini açıqlayıb.
Qeyd edək ki, 2017-ci ildə "Barselona"nın baş məşqçi vəzifəsinə gətirilən Valverde klubla 2 dəfə La Liqa çempionu, bir dəfə isə İspaniya kuboku və superkubokunu qazanıb.