EFA Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronalduya 2019-cu ilin rəmzi komandasında yer vermək üçün taktiki sxemi dəyişib.
Fins.az xəbər verir ki, qurum 35 yaşlı hücumçunu rəmzi komandaya daxil etmək üçün 4-2-4 sxemindən istifadə edib.
Ehtimal olunur ki, İngiltərənin "Çelsi" klubunun futbolçusu NQolo Kante məhz bu səbəbdən heyətə daxil edilməyib.
Qeyd edək ki, ilin rəmzi komandası yanvarın 15-də açıqlanıb.