İDMAN

15 Yanvar

“Qarabağ”ın matçının saatı bəlli oldu

“Qarabağ”ın Antalya toplanışı çərçivəsində keçirəcəyi ilk yoxlama oyununun saatı müəyyənləşib.

Fins.az xəbər verir ki, bu barədə klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb. Yanvarın 18-də Rumıniyanın “Akademika Klinçeni” klubu ilə keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi yanvarın 22-si Qazaxıstanın “Jetisu”, yanvarın 25-i Çexiyanın “Siqma” və Polşanın “Visla Plok” klublarıyla qarşılaşacaq