İdman

15 Yanvar

"Mançester Yunayted"in Qətər toplanışı ləğv olunub – SƏBƏB

İngiltərənin "Mançester Yunayted" klubunun Qətərdə planlaşdırılan təlim-məşq toplanışı ləğv edilib.

Fins.az-ın verdiyi məlumata görə, buna yaxın şərqdəki vəziyyətin gərginləşməsi səbəb olub.

Premyer Liqa təmsilçisinin təhlükəsizliyə zəmanətin olmadığı bölgəyə getmək istəmədiyi və artıq ingilis klubunun təlim-məşq toplanışı üçün Avropada məkan axtardığı bildirilir.

Qeyd edək ki, İngiltərə Premyer Liqası tarixində ilk dəfə olaraq fevralın əvvəlində çempionatda fasilə elan olunacaq.