İDMAN

15 Yanvar

"Arsenal"ın müdafiəçisi Almaniya klubunda

Almaniyanın "Nürnberq" klubu "Arsenal"dan Konstantinos Mavropanosu heyətinə cəlb edib.

Fins.az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçi mövsümün sonuna qədər icarə əsasında "Nürnberq"in formasını geyinəcək.

Qeyd edək ki, Yunanıstanın "Apollon" klubunun yetirməsi olan Mavropanos, 2018-ci ilin yayından "Arsenal"da idi. Müdafiəçi "topçular"la bu mövsüm 1 oyuna çıxıb.