İdman

15 Yanvar

Premyer Liqada bukmekerlərə qadağa qoyula bilər

İngiltərə futbolunda bukmekerlərin reklamına qadağa qoyula bilər.

Fins.az-ın məlumatına görə, Böyük Britaniya hökuməti mərc oyunları ilə bağlı qərara yenidən baxmaq qərarına gəlib.

2005-ci ildə qəbul olunan qərarda dəyişikliklər edilməsi nəzərdə tutulub. Bu, bukmeker kontorlarının futboldakı reklamı ilə bağlı olacaq.

Məqsəd əsasən futbolçuların geyimində bukmeker reklamlarına qadağa qoyulmasından ibarətdir. Hazırda İngiltərə Premyer Liqasının 10 komandası belə reklamdan istifadə edir. Həmçinin liqanın adı da belə şirkətlərdən birinin adını daşıyır ki, bu anlaşma da 2024-cü ilə qədərdir.