İdman

14 Yanvar

Ernesto Valverde "Barselona" ilə vidalaşıb

İspaniyanın "Barselona" klubunda baş məşqçi vəzifəsindən göndərilən Ernesto Valverde azarkeşlərlə vidalaşıb.

Fins.az Report-a istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis yazdığı vida məktubunda "Barselona"da işlədiyi müddətdə ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: "Hörmətli azarkeşlər, "Barselona"dakı baş məşqçi dövrüm başa çatdı. Buradakı 2,5 il olduqca gərgin keçdi. Lakin bu müddətdə mən çox xoşbəxt anlar yaşadım, qələbələr qazandım. Eyni zamanda çətin vaxtlarımız da oldu. 

İspaniyalı məşqçi Kataloniya təmsilçisində təcrübə qazandığını və kluba bağlandığını vurğulayıb: "Mənə belə klubda işləmək imkanı verdiklərinə və etimad göstərdikləri üçün klub prezidenti Xosep Mariya Bartomeuya, direktorlar şurasına və işlədiyim müddətdə mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Əlbəttə, mənə 4 titul qazanmağa kömək edən futbolçulara da öz minnətdarlığımı bildirirəm. Sizə və yeni baş məşqçi Kike Setienə uğurlar arzulayıram".

Qeyd edək ki, ötən gün istefaya göndərilən Valverde 2017-ci ildən "Barselona"da işləyib.