İDMAN

13 Yanvar

Son 10 ilin ən yaxşı yarışları

Formula 1 üzrə 2017-ci il Azərabycan Qran Prisi son 10 ilin ən yaxşı yarışları arasında ilk onluğa daxil olub. Formula 1-in rəsmi saytında dərc olunan reytinqdə həmin mərhələnin ən yaddaqalan anları qeyd olunub

“Ferrari” pilotu Sebastyan Fettel və “Mercedes” pilotu Lyuis Hemiltonun bolidləri 2017-ci il Azərbaycan Qranprisi yarışında toqquşub. Buna görə S.Fettel 10 saniyə cəza alıb. 2017-ci il Azərbaycan Qran Prisində “Red Bull” pilotu Daniel Rikkardo qalib gəlib. Valtteri Bottas (“Mercedes”) ikinci, Lens Stroll (“Williams”) üçüncü olub. Formula 1-in son on ilin ən maraqlı yarışları reytinqində ilk üçlükdə isə 2019-cu il Almaniya Qran Prisi, 2011- ci il Kanada Qran Prisi və 2019-cu il Braziliya Qran Prisi qərarlaşıb.