İDMAN

10 Yanvar

"Qalatasaray" "Neftçi"də baxışda olan futbolçunu heyətinə qatıb

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Fins.az xəbər verir ki, İstanbul təmsilçisi "Eskişehirspor"dan Jesse Sekidikanı heyətinə qatıb. 23 yaşlı nigeriyalı yarımmüdafiəçinin "Qalatasaray"ın ikinci prezidenti Abdurrahim Albayrakla fotosu yayılıb.

Qeyd edək ki, Jesse Sekidika 2019-cu ilin əvvəlində "Neftçi"də baxışda olub. "Ağ-qaralar"ın baş məşqçisi Roberto Bordin oyunçunu bəyənmədiyi üçün müqavilə imzalanmayıb.