İdman

10 Yanvar

"Dinamo" Ramil Şeydayevlə yollarını ayırıb - RƏSMİ

Rusiyanın "Dinamo" (Moskva) klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb.

Fins.az Moskva təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Ramil Şeydayev ötən ilin yayında "Dinamo"ya keçib. 23 yaşlı hücumçunun klubla müqaviləsi mövsümün sonunda başa çatmalı idi.