İdman

10 Yanvar

\"Atletiko\" İspaniya Superkubokunun finalına çıxıb

Ciddədə (Səudiyyə Ərəbistanı) "Kral Abdulla Sports Siti" stadionunda İspaniya Superkubokunun ikinci yarımfinal matçı keçirilib.

Fins.az xəbər verir ki, matçda “Barselona” və "Atletiko" komandaları qarşılaşıblar. Oyun Madrid komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Atletiko"nın heyətində ilk qolun müəllifi ikinci hissənin başlanğıcında Koke olub. Beş dəqiqə sonra "Barselona"nın hücumçusu Messi hesabı bərabərləşdirib. Antuan Qrizmann ikinci hissənin ortalarında hesab arasındakı bərabərliyi aradan qaldırıb. Lakin kataloniyalıları növbəti dəfə Alvaro Morata (penaltidən) və Anxel Korrea məyus ediblər.

"Atletiko" İspaniya Superkubokunun finalında Madrid "Real"ı ilə qarşılaşacaq. Matç yanvarın 12-də Ciddədə "Kral Abdulla Sports Siti" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.